biz qalib gəldik (bizim tərəf üstün oldu)

the victory is ours (yours, etc.)! / we (you, etc.) win! / we’ve (you’ve, etc.)come out on top! / our side won! * наша (ваша, их, моя, твоя, его, её) берёт / взяла! (выражение признания чьей-либо победы)
bitdi!
Biz olmayan məsciddə gündə iki ehsan verirlər.
OBASTAN VİKİ
416-cı diviziya. Biz qalib gəldik
416-cı diviziya. Biz qalib gəldik qısametrajlı sənədli televiziya filmi rejissor Emil Yusifov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir. 416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi.
416-cı diviziya. Biz qalib gəldik (film, 2010)

Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Biz və bizim dağlar
Biz və bizim dağlar (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı, hərf. Biz dağlarımızıq), həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner) — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır. Heykəl Dağlıq Qarabağın erməni icmasının, hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir. Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi. Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir. == Tarixi == "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Biz birlikdə qalib gələcəyik (film, 2011)
Biz birlikdə qalib gələcəyik qısametrajlı sənədli filmi rejissor Yefim Abramov tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub. == Məzmun == Film Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGİ"nin 10 illiyinə həsr olunub.
Olanlar oldu (mahnı)
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir. 22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib. 1994-cü ildə gənclər arasında Ümümqazaxıstan oyunlarının qalibi olub. 2001-ci ildə Belfast şəhərində keçirilən dünya çempionatında gümüş, iki il sonra Banqkok şəhərində keçirilən dünya çempionatında isə qızıl medal qazanıb. 2004-cü ildə Asiya çempionu olub. Asiya Oyunlarının gümüş (Pusan, 2002) və bürünc (2006, Doha) mükafatçısıdır. 2004-cü ildə Afinada, 2008-ci ildə isə Pekində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov

Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qalib Nuruzadə 10 iyun 1996-cı ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014–2015-ci illərdə hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Zülfüqarlı
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakıvaxtı.az saytının baş redaktoru. Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. Ailəlidir, üç övladı var. 1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Qalib Əfəndiyev
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007). Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. 2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir. Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s.
Qalib Əhmədov
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Əkbərov
Qalib Əbdüləhəd oğlu Əkbərov (6 aprel 2002; Kərgəlan, Lənkəran rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qalib Əkbərov 2002-ci il aprelin 6-da Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008—2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Qalib Əkbərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Qalib Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərov sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşrığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.